Təhsil · Banker.az

Hər azərbaycanlı ildə ortalama 3 kitab oxuyur – beynəlxalq araşdırma

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hər azərbaycanlı ildə ortalama 3 kitab oxuyur – beynəlxalq araşdırma xəbəri üçün şəkil

Azərbaycan sakinləri ildə orta hesabla 3,25 kitab oxuyur və mütaliəyə 74 saat vaxt ayırırlar.

CEOWORLD Magazine nəşrinin istehlakçıların mütaliə vərdişlərinə dair araşdırmasına əsasən, bu göstəriciyə görə ilk yeri ABŞ tutur. Bu ölkədə adambaşına ildə orta hesabla 17 kitab oxunur və mütaliəyə 357 saat sərf edilir.

Hindistan 16 kitab və 352 saat göstəricisi ilə ikinci, Böyük Britaniya 15 kitab və 343 saatla üçüncü, Fransa 14 kitab və 305 saatla dördüncü, İtaliya isə 13 kitab və 278 saatla beşinci yerdədir.

Rusiya ildə orta hesabla 11 kitab və 223 saat göstəricisi ilə yeddinci yerdə qərarlaşıb.

Araşdırmaya daxil edilən ölkələr arasında ən aşağı göstəricilər Əfqanıstanda (2,56 kitab), Bruneydə (2,59 kitab) və Pakistanda (2,6 kitab) qeydə alınıb.

Qeyd olunur ki, elektron və audiokitabların yayılmasına baxmayaraq, bir çox ölkədə çap kitabları hələ də populyarlığını qoruyur.

Araşdırma CEOWORLD Magazine Consumer Insights tərəfindən müxtəlif ölkələrdə aparılmış 6,5 milyondan çox müsahibənin nəticələrinə əsaslanır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑