Təhsil · Ayna.az

ABŞ-da universitet yaxınlığında atışma: 12 nəfər yaralanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-da universitet yaxınlığında atışma: 12 nəfər yaralanıb xəbəri üçün şəkil

Atışma stadionda futbol oyunundan sonra baş verib

ABŞ-ın Tallahassee şəhərində Florida A&M Universitetinin Bragg Memorial Stadionu yaxınlığında baş verən atışmada ən azı 12 nəfər yaralanıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə yerli polis idarəsi və universitet rəsmilərinin məlumatında qeyd edilib.

Xəsarət alanlar arasında altı böyük və altı azyaşlı var. “Reuters” agentliyinin məlumatına görə, Tallahassee Polis Departamentindən bildirilib ki , “üç yaralının vəziyyəti ağır, doqquzunun vəziyyəti isə stabildir”.

Polis hələlik hücumçunun həbs olunduğunu açıqlamayıb. "Tallahassee Democrat" qəzeti yazıb ki, atışma stadionda futbol oyunundan sonra baş verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑