Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nəzarətində olan ərazilərin Moskvaya məxsus olduğunu qəbul etməyəcəklərini bildirib.
BAKU.WS xəbər verir ki, o, bu barədə Türkiyəyə səfəri zamanı "CNN Türk"ə müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın prioriteti mövcud cəbhə xəttində atəşkəsə nail olmaq, daha sonra isə digər məsələləri müzakirə etməkdir. O vurğulayıb ki, Krım da daxil olmaqla, işğal altındakı ərazilərdən imtina etmək ölkənin Konstitusiyasına və xalqın iradəsinə ziddir.
Prezident qeyd edib ki, mümkün sülh danışıqlarında enerji, dənizdə atəşkəs və əsir mübadiləsi məsələləri müzakirə oluna bilər. Əsas məqsəd isə güclü nəzarət mexanizmi ilə təmin edilən tam və qeyd-şərtsiz atəşkəsə nail olmaqdır.
Zelenski təhlükəsizlik zəmanətlərinin vacibliyini də vurğulayıb və Ukraynanın hücuma məruz qalan tərəf kimi bu təminatlara daha çox ehtiyac duyduğunu bildirib.


.webp)