Dünya · Baku.ws

Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Kubada dövlət quruluşu onun hakimiyyətinin sonuna qədər, bəlkə də daha tez dəyişəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Tramp jurnalist Benni Consona müsahibəsində bildirib.

"Biz Kubanı diqqətlə izləyirik və (ABŞ Dövlət katibi) Marko Rubio bununla çox ciddi məşğul olur. Onun valideynləri Kubadandır və 2,5 il ərzində bizdə bu məsələdə hər şey alınacaq, əslində, bəlkə də, daha tez", - Tramp qeyd edib.

Vaşinqton administrasiyasının rəhbəri digər təzyiq metodları işə yaramasa, adada Venesuela ssenarisini də istisna etməyib.

"Qulaq asın, bu (Kuba - red.), iflasa uğramış ölkədir. Baxın biz Venesuelada nə etdik və orada hər şey çox yaxşı olacaq. Əvvəlcə biz orada işi sona çatdıracağıq, sonra isə, ehtimal ki, digəri ilə məşğul olacağıq. Amma Venesuela ilə hər şey möhtəşəm keçib. İndi isə biz İran adlı ölkə ilə məşğuluq, onu nüvə silahından məhrum edirik", - Amerika lideri jurnalistin sualına cavab verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑