Polşanın Baş naziri Donald Tusk yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00) xalqa müraciət edəcək.
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bu barədə Tusk öz X hesabında məlumat yayıb.
Qeyd edək ki, Tuskun Nazirlər Kabinetinin keçmiş üzvü Maçey Bereki Konstitusiya Məhkəməsinə hakim təyin etməsi ilə bağlı qərarından sonra Polşada siyasi böhran yaranıb. Son həftələrdə məhkəmə binasının qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilir.
Oktyabrın 30-da ədliyyə naziri Valdemar Zurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Şvençkovskinin vəzifəsindən uzaqlaşdırılması və toxunulmazlığının ləğvi üçün vəsatət qaldırıb. Oktyabrın 31-i gecəsi isə etirazçılar məhkəmə binasının qarşısında toplaşaraq hasarı aşmağa cəhd ediblər. Böhranın pisləşməsi səbəbindən Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq qoyub. Bəzi müxalif siyasətçilər baş verən hadisələri "dövlət çevrilişinə cəhd" adlandırıblar.



