Dünya · Modern.az

Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdilər
Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə Bəhreynin paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, TRIPP ("Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" - red.) və Azərbaycanla Ermənistan arasındakı sülh prosesi barədə fikir mübadiləsi aparıb.

Modern.az xəbər verir ki, Mirzoyan bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Regional bağlantı, TRIPP layihəsi və Azərbaycanla Ermənistan arasında sülhün daha da institusionallaşdırılması barədə fikir mübadiləsi apardıq", - Mirzoyan yazıb.

Görüşdə həmçinin əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑