Dünya · Banker.az

Zelenski: Ərdoğanla Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi barədə razılığa gəldik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: Ərdoğanla Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi barədə razılığa gəldik xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəlib.

Bunu Zelenski İstanbulda Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Ukrayna Prezidenti tərəflərin Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi və səmərəliliyinin artırılması istiqamətində birgə işləmək barədə razılaşdıqlarını qeyd edib.

“Məqsədimiz bu dəhlizin fəaliyyətini davam etdirməsini və səmərəli şəkildə işləməsini təmin etməkdir”, – Zelenski vurğulayıb.

O, həmçinin noyabrın ilk yarısında Ukrayna, ABŞ və Rusiya arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşə hazırlıq getdiyini açıqlayıb.

Zelenskinin sözlərinə görə, Ərdoğanla görüşdə üçtərəfli danışıqlar formatının perspektivləri, Türkiyə və Avropanın prosesə cəlb olunması imkanları, eləcə də görüşlərin Türkiyədə keçirilməsi ehtimalı müzakirə edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑