Siyasət · Baku.ws

Tokayev: Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tokayev: Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir xəbəri üçün şəkil

Bu gün Mərkəzi Asiya və Azərbaycan haqlı olaraq Avrasiyada inkişaf və geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləri hesab olunur.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

Tokayevin sözlərinə görə, qardaş xalqların müdrikliyi və birliyi sayəsində regionda sülh və əmin-amanlıq qorunub saxlanılır.

"Həmrəylik, qarşılıqlı dəstək və etimad zamanın çağırışlarına birlikdə cavab verməyə imkan verən ümumi strateji dayağımıza çevrilib", – o bildirib.

Qazaxıstan Prezidenti qeyd edib ki, geosiyasi gərginliyin artması, beynəlxalq münasibətlərin arxitekturasının transformasiyası və ayırıcı xətlərin dərinləşməsi fonunda bu tendensiya daha da aktuallaşır.

"Buna görə də regionumuzun bundan sonra da sülh, sabitlik və dayanıqlı inkişaf məkanı olaraq qalması üçün əlimizdən gələni etməliyik", – Tokayev vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑