Dünya · Baku.ws

Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının cənubunda ballistik raketlərin ələ keçirilərək məhv edilməsindən sonra onların qalıqlarının düşməsi nəticəsində iki nəfər xəsarət alıb.

BAKU.WS xəbər verir ki, Səudiyyə Mətbuat Agentliyinin yaydığı məlumata görə, hadisə barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Bildirilib ki, bazar günü iki ballistik raket zərərsizləşdirilib. Bundan sonra onların qalıqları yaşayış ərazilərinə düşüb.

Xəsarət alanlardan biri Səudiyyə Ərəbistanı vətəndaşı, digəri isə Asiya ölkələrindən birinin vətəndaşıdır.

Hadisə nəticəsində üç yaşayış evinə və yeddi avtomobilə də ziyan dəyib. Raketlərin Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən buraxıldığı bildirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑