Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə genişlənib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı ali səviyyədə qarşılıqlı səfərlərin müntəzəm xarakter aldığını qeyd edib.
"Ticari-iqtisadi əməkdaşlıq möhkəmlənir, qarşılıqlı investisiyalar artır, birgə layihələr həyata keçirilir", - prezident bildirib.






.jpg)