Dünya · Baku.ws

İspaniyada güclü yağışlarda bir nəfər öldü, Valensiyada dərslər dayandırıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniyada güclü yağışlarda bir nəfər öldü, Valensiyada dərslər dayandırıldı xəbəri üçün şəkil

İspaniyanın şimal-şərq və şərq bölgələrində yağan güclü yağışlar daşqına səbəb olub. Hadisə nəticəsində Barselona yaxınlığında bir qadın həyatını itirib.

BAKU.WS xəbər verir ki, Kataloniya Yanğınsöndürmə Xidmətinin məlumatına görə, Barselonanın şimalında yerləşən Kabrera-de-Mar şəhərində sel sularına düşən qadının meyiti tapılıb.

İspaniyanın Dövlət Meteorologiya Agentliyi Valensiya və Alikantenin bəzi ərazilərində qırmızı təhlükə xəbərdarlığı elan edib. Bildirilib ki, 24 saat ərzində yağıntının miqdarı bəzi yerlərdə hər kvadratmetrə 300 litri ötə bilər.

İspaniyanın Baş naziri Pedro Sançes fırtınadan zərər çəkən bölgələrdə vəziyyətin diqqətlə izlənildiyini bildirib. O, sakinləri ehtiyatlı olmağa və fövqəladə hallar xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.

Güclü fırtına Balear adalarına daxil olan İbiza adasında da hava nəqliyyatına təsir göstərib. Hava limanında bəzi reyslər ləğv edilib, digərləri isə başqa hava limanlarına yönləndirilib. Valensiyanın bir sıra ərazilərində isə bazar ertəsi günü tədris prosesi dayandırılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑