ABŞ Prezidenti Donald Tramp Fransada cərəyan edən kütləvi iğtişaşlarla bağlı sərt bəyanatlarla çıxış edib.
BAKU.WS xəbər verir ki, rəsmi Parisin miqrasiya siyasətini kəskin tənqid edən Tramp, Fransa paytaxtının demoqrafik gələcəyi ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
ABŞ dövlət başçısı Parisin nüfuz quruluşunun sürətlə dəyişdiyini vurğulayaraq "Paris tezliklə müsəlman şəhərinə çevriləcək"- deyə bildirib.
Tramp iğtişaşların iqtisadi çətinliklər və həyat bahalılığı ilə bağlı olması barədə səslənən fikirləri rədd edib.
O, problemin kökündə məhz açıq qapı miqrasiya siyasətinin dayandığını iddia edib:
"Fransada yaşananlar həyat bahalığı ilə deyil, birbaşa miqrantlarla bağlıdır. Baş verənlər çox kədərlidir. Problem məktəblərdə və ya başqa sahədə deyil, məhz miqrasiyadadır".
Xatırladaq ki, Fransada təhsil şəraiti, sürətlə artan həyat bahalılığı və yanacağın qiymətinə etiraz olaraq başlayan aksiyalar oktyabrın 17-də bütün ölkə üzrə kütləvi iğtişaşlara çevrilib.
Paris başda olmaqla, bir çox böyük şəhərlərdə nümayişçilərlə polis arasında şiddətli toqquşmalar baş verib. Hadisələrdən sonra 2400-dən çox şəxs saxlanılıb.






