Dünya · Bizim.Media

İsraildə Pentaqon rəhbəri Netanyahu ilə gizli görüş keçirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsraildə Pentaqon rəhbəri Netanyahu ilə gizli görüş keçirdi xəbəri üçün şəkil

Pentaqon rəhbəri Pit Heqset İsrailə gizli səfər edərək Baş nazir Binyamin Netanyahu ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Axios" nəşri məlumatlı mənbələrdən informasiya əldə edib.

Mənbələrin bildirdiyinə görə, görüş bazar ertəsi baş tutub. Görüşün təfərrüatı açıqlanmayıb.

Nəşr qeyd edir ki, Heqsetin səfəri ilə bağlı məlumat ABŞ Prezidenti Donald Trampın İsrail parlamentinə seçkilərdə Binyamin Netanyahunun namizədliyini dəstəklədiyini açıqlamasından bir gün sonra ortaya çıxıb.

Bundan əlavə, sözügedən görüş ABŞ və İsrail arasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların ehtimal olunan bərpası ilə bağlı müzakirələrin aparıldığı bir vaxtda baş tutub.

Xatırladaq ki, İsraildə seçkilər 27 oktyabr 2026-cı il tarixində baş tutacaq.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑