Siyasət · Baku.ws

Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib xəbəri üçün şəkil

Azərbaycan və Litva arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Litvanın General Conas Zemaitis adına Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində Milli Müdafiə Universitetində (MMU), onun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə görüşlər keçirilib.

Qonaqlara hərbi təhsil sisteminin təşkili, hərbi kadrların hazırlanması, tədris prosesinin təşkili və təhsilalanların peşəkar hazırlığının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Həmçinin hərbi təhsil sahəsində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşlərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

Səfərin yekununda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin ifasında nümunəvi çıxış təqdim olunub.

Qalereya

Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib Azərbaycan və Litva arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑