Dünya · Baku.ws

ABŞ-də quş qripinə görə milyona yaxın toyuq məhv edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də quş qripinə görə milyona yaxın toyuq məhv edilib xəbəri üçün şəkil

ABŞ-nin İllinoys ştatında quş qripi yayılması nəticəsində təxminən 935 min yumurtlayan toyuq məhv edilib. Bu vəziyyət ölkədə yumurta qıtlığı və qiymət artımı ilə bağlı narahatlıqları artırıb.

BAKU.WS xəbər verir ki, bu barədə "SonDakika.com" məlumat yayıb.

Yüksək patogenli quş qripi Klinton dairəsində, Germantoun yaxınlığında yerləşən kommersiya yumurta istehsalı müəssisəsində aşkarlanıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyi xəstəliyin 934 600 quşu əhatə etdiyini təsdiqləyib.

Müəssisənin ölkənin ən böyük yumurta istehsalçılarından biri olan "Rose Acre Farms" şirkətinə məxsus olduğu bildirilir. Quşların məhv edilməsi xəstəliyin digər təsərrüfatlara yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, 2022-ci ildən bəri ABŞ-də quş qripi səbəbindən 210 milyondan çox ev quşu tələf olub və ya məhv edilib. Yeni yoluxmanın yumurta qiymətlərinə nə dərəcədə təsir göstərəcəyi isə hələlik məlum deyil.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑