ABŞ hüquq-mühafizə orqanları 25 ölkədən 48 xarici vətəndaşı 2020-2024-cü illər arasında federal və yerli seçkilərdə qanunsuz səs verdiyinə görə həbs edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Həbslər 5 ştatda - Kaliforniya, Florida, Nyu-York, Nevada və Pensilvaniyada həyata keçirilib. 48 nəfərin hamısına artıq ittiham irəli sürülüb. İttihamların bəziləri qanunsuz seçici qeydiyyatı və digər əlaqəli cinayətlərlə bağlıdır. pizza sifarişi
Saxtakarlar arasında Kanada, İsrail, Rusiya, Gürcüstan, Braziliya, İrlandiya, Niderland, Polşa, Yunanıstan, Kuba və bir sıra digər ölkələrin vətəndaşları var.




