Dünya · Bakupost.az

Yaponiya ABŞ-yə milyardlar yatırır: Tramp AÇIQLADI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yaponiya ABŞ-yə milyardlar yatırır: Tramp AÇIQLADI xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Nyu-York ştatında yarımkeçirici istehsalı üzrə iki iri müəssisənin tikintisinə 21 milyard dollar sərmayə yatıracağını açıqlayıb.


"Bakupost" TodayPress TV-yə istinadla xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, layihə çərçivəsində tikinti və təchizat zəncirlərində 27 min iş yerinin, həmçinin istehsal sahəsində 1 000-dən çox yüksək ixtisaslı iş yerinin yaradılması nəzərdə tutulur.
Tramp bildirib ki, investisiya ABŞ-nin sənaye potensialının gücləndirilməsinə, yeni iş yerlərinin açılmasına və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək.
O, həmçinin ABŞ-nin Ticarət Nazirliyinin GlobalFoundries şirkətinə 955 milyon dollar investisiya yatıracağını və bunun müqabilində şirkətin səhmlərinin bir hissəsinin ABŞ hökumətinə məxsus olacağını qeyd edib.
Trampın sözlərinə görə, bu investisiya ilə hökumətin şirkətə yatırdığı ümumi vəsait 1,63 milyard dollara çatacaq. Federal hökumətin payının dəyəri isə 2 milyard dolları ötəcək.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑