Ukraynanın ABŞ tankerinə zərbəsi Ağ Evi “dəli” edib

ABŞ Ukraynanın Qara dənizdə Amerika tankerlərinə hücumlarından qəzəblənib.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Amerika şirkətlərindən Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinin hücumları ilə bağlı şikayətlər barədə məlumatları bölüşərkən deyib.
Rubio “Breitbart”a bildirib ki, Amerika şirkətləri Qara dənizdə neft gəmilərinə hücumlardan şikayətlənirlər. Onun sözlərinə görə, biznes nümayəndələri zəng edib birbaşa deyirlər: "Ukraynanın vurduğu gəmidəki nefti bizim idi".
Rubio vurğulayıb ki, dünya artıq Hörmüz boğazında, Qırmızı dənizdə və digər yerlərdəki vəziyyətdən sarsılır. Onun fikrincə, enerji böhranını yeni insidentlərlə daha da gərginləşdirməyə qətiyyən dəyməz. Lakin dövlət katibi Ukrayna hücumlarının qəsdən və yaxud bilməyərəkdən baş verdiyini açıqlamayıb.
Rüfət Sultan,BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



