Dünya · Bakupost.az

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN xəbəri üçün şəkil

2026-cı ilin əvvəlindən Avropa İttifaqı (Aİ) ölkələrində Qərbi Nil virusuna 1 715 yoluxma halı qeydə alınıb, 130 nəfər həyatını itirib.


"Bakupost" xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) məlumat yayıb.
Belçikanın Flandriya bölgəsində də virusdan iki nəfərin öldüyü bildirilib. Hər iki şəxs xəstəliyin ağır keçməsi baxımından yüksək risk qrupuna daxil olub.
Bölgədə tibb müəssisələri əhali arasında profilaktik tədbirlərlə bağlı məlumatlandırmanı gücləndirib.
ECDC-nin məlumatına görə, virus əvvəlki yayılma arealından daha şimal ərazilərə doğru yayılır. Belçikadan sonra Niderlandda da yoluxma halları qeydə alınıb. Həmin ölkədə insanlar arasında 59 yoluxma aşkarlanıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑