Rumıniyada saxta pasport qalmaqalı: Azərbaycanın adı niyə çəkilir?

Rumıniyada vətəndaşlıq əldə etmək üçün sənədlərin saxtalaşdırılması ilə bağlı böyük qalmaqal yaranıb.
"Bakupost" Rumıniya mediasına istinadla xəbər verir ki, ölkənin Baş Prokurorluğu 16 Rusiya vətəndaşını Rumiıniya şəxsiyyət vəsiqəsi və pasportu almaq üçün saxta vətəndaşlıq şəhadətnamələrindən istifadə etməkdə ittiham edib.
İstintaq materiallarında Rumıniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin də adı çəkilir. Məlumata görə, 2024-cü ildə təqsirləndirilən şəxslər Rumıniyanın Bakıdakı səfirliyi, eləcə də Sankt-Peterburq və Kişinyovdakı diplomatik nümayəndəlikləri tərəfindən verildiyi iddia olunan saxta sənədlər təqdim ediblər.
Bu sənədlər əsasında həmin şəxslər Rumıniyada saxta qeydiyyata düşərək həqiqi pasportlar əldə ediblər.
İstintaq çərçivəsində saxta ünvanlar əsasında verilmiş 1700-dən çox şəxsiyyət vəsiqəsi artıq ləğv edilib. Prokurorluq işi məhkəməyə göndərib və saxta sənədlərin hamısının ləğv olunmasını tələb edir.
Lalə, BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

