Paşinyan sülh müqaviləsinin imzalana biləcəyi tarixi açıqladı

Azərbaycanla sülh müqaviləsi 2027-2028-ci illərdə imzalana bilər.
“Bakupost” xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu 22 oktyabrda hökumət iclasından sonra keçirdiyi ənənəvi brifinqdə bildirib.
"Biz Azərbaycanla işləməyə davam etməliyik", - deyə baş nazir bildirib.
Paşinyan əlavə edib ki, bu kontekstdə TRIPP layihəsinin həyata keçirilməsi də vacibdir.
"Əlbəttə ki, biri digəri ilə əlaqəli deyil, amma biz artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlamışıq", - deyə baş nazir qeyd edib.
Rüfət Sultan,BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.




