Paşinyan Japarovla Tokayevi səhv saldı - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstan Prezidenti Sadır Japarovu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə səhv saldığı üçün protokol xidmətinin rəhbərini işdən çıxarıb.
"Bakupost" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Paşinyan oktyabrın 17-də İrəvanda rəsmi səfərdə olan Japarovu səhvən Qazaxıstan prezidenti adlandırıb:
“Hadisədən iki gün sonra, ehtimal ki, bu səhvinə görə, protokol xidmətinin rəhbəri Qagik Vanoyan işdən çıxarılıb”.
Qeyd edək ki, Paşinyan yazılı sənədi oxuyarkən: “Əvvəlcə Ermənistana gələn Qazaxıstan Prezidenti Sadır Japarovu salamlamaq istərdim” deyib.
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



