Dünya · Bakupost.az

İrəvan KTMT-dən çıxarılacaq: Tezliklə qərar veriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrəvan KTMT-dən çıxarılacaq: Tezliklə qərar veriləcək xəbəri üçün şəkil

Ermənistan üzvlük haqqını ödəmədiyinə görə KTMT-dən xaric edilə bilər.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıkov çıxış edib.
"Düşünürəm ki, de-fakto baş verənlər KTMT Nizamnaməsinin 20-ci maddəsi hesab edilə bilər, yəni üzvlük haqqı ödənilmir, kvota vəzifələri doldurulmur və səsvermə hüququ yoxdur", Masadıkov qeyd edib.
Qeyd edək ki, Ermənistanın təşkilatdan məcburi şəkildə çıxarılması məsələsinə 11 noyabrda Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında baxılacağı gözlənilir.
İrəvan 2024-cü ilin əvvəlindən bəri KTMT-nin tədbirlərinə qatılmır. Eyni zamanda, qurumun büdcəsinə də töhfə vermir.
Rüfət Sultan,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑