Dünya · Bakupost.az

Ermənistan Avropa İttifaqına qoşulur? – Təqvimlər irəli çəkildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan Avropa İttifaqına qoşulur? – Təqvimlər irəli çəkildi xəbəri üçün şəkil

Ermənistan gələn il Avropa Birliyinə (AB) daxil olmaq üçün müraciət edə bilər.
"Bakupost" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə "Avronyus" telekanalı tərəfindən təşkil olunmuş "Avropanın gələcəyi" sammitində çıxışında bildirib.
Onun sözlərinə görə, son vaxtlar Brüsseldən müsbət siqnallar gəlir:
"Əvvəllər AB-nin genişlənməyə hazır olub-olmaması ilə bağlı şübhələr var idi. Lakin indi genişlənməyə güclü siyasi iradənin mövcudluğuna dair əlamətlər görünür. Bu isə Ermənistanın və Avropa Birliyinin gözləntilərinin üst-üstə düşə biləcəyi deməkdir. Ardınca, baş nazir qeyd edib ki, İrəvan yaxın iki il ərzində üzvlük üçün rəsmi müraciət edə bilər:
“Bunun nə dərəcədə real olduğunu bilmirəm, lakin gələn il real ola bilər. Həmçinin 2028-ci il də mümkündür".
İrəvanın 2027 və ya 2028-ci illə bağlı istəyinin gerçəkləşməsi nə dərəcədə realdır?
Siyasi şərhçi Əlimusa İbrahimov “Bakupost”a bildirib ki, Ermənistanın Aİ-yə daxil olmaq üçün hazırlıq işlərinin 2030-cu ildə başa çatdırılması nəzərdə tutulurdu:
“Amma artıq 2027-2028-ci illər arasında ölkənin Aİ istiqamətində addımlar atacağı barədə bəyanatlar səslənir”.
Ekspertin sözlərinə görə, təqvimin bir qədər irəli çəkilməsində heç şübhəsiz Aİ-nin Ermənistanı sürətlə öz sıralarına cəlb etmək niyyəti dayanır:
“Bu mənada Paşinyanın səsləndirdiyi fikir də Aİ ilə ikitərəfli razılaşmanın nəticəsinin məhsuludur. Görünən odur ki, Paşinyan da prosesin sürətlənməsində maraqlıdır.
İrəvanın Aİ-yə üzvlüyü məsələsi şübhəsiz ki, uzun sürəcək bir prosesdir. Onun 2030-cu ildən tez baş verəcəyi şübhəlidir”.
Müsahibimiz düşünür ki, Paşinyanın Aİ ilə bağlı bu sayaq açıqlaması Rusiyanı daha da qəzəbləndirəcək:
“Paşinyanın 2027-2028-ci illəri hədəf göstərməsi Rusiya-Ukrayna müharibəsinin bu illərdə də davam edəcəyilə əlaqədardır. Yəni Rusiyanın başının Ukrayna müharibəsinə qarışdığı müddətdə İrəvanın Aİ-yə inteqrasiyası məsələsi daha ciddi effekt verə bilər, nəinki bu müharibənin başa çatması. Ona görə də Paşinyan yaşanan fürsətdən yararlanmağa çalışır”.
Rüfət Sultan,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑