Dünya · Bakupost.az

Albaniya parlamentində kütləvi dava - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Albaniya parlamentində kütləvi dava - VİDEO xəbəri üçün şəkil

Albaniya parlamentində hakim Sosialist Partiyasının nümayəndələri ilə müxalif deputatlar arasında kütləvi dava baş verib.


"Bakupost" "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, insident oktyabrın 22-də Tiranada keçirilən parlament iclası zamanı qeydə alınıb.
Gərginlik müxalifətçi deputatlardan birinin Baş nazir Edi Ramanın istefasını tələb etməsindən sonra başlayıb. Hakim partiyanın nümayəndələri polis orqanlarının hökumət əleyhinə aksiyalarda atdığı addımları müdafiə etməyə başladıqda şifahi mübahisə sürətlə fiziki qarşıdurmaya çevrilib.Müxalifətçi deputat Sosialistlər fraksiyasının rəhbərinin əlindən mikrofonu alıb, bundan sonra parlamentarilər bir-birini itələməyə və stulları atmağa başlayıblar.
Parlament binası daxilində dava yaşandığı vaxtda binanın qarşısına toplaşan nümayişçilər anti-hökumət şüarları səsləndiriblər. Daha sonra etirazçılar paytaxtın digər küçələrinə doğru hərəkət ediblər.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑