Siyasət · Bakı Xəbər

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır… xəbəri üçün şəkil



Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən yaradılan Məkkə Müdafiə Alyansı, Ər-Riyadda keçirilən fövqəladə görüşlə yeni bir mərhələyə qədəm qoyur. Tərəflər müdafiə öhdəliklərinin tez bir zamanda yerinə yetirilməsi və dost hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətli şəkildə yerləşdirilməsi barədə razılığa gəliblər.

Bu çərçivədə Türkiyə, Səudiyyə Ərəbistanının dörd strateji əhəmiyyətli qaz və enerji obyektinin hücumundan müdafiə sistemləri ilə qorunmasına töhfə verəcək.

"Türkiye" qəzeti yazır ki, Səudiyyə Ərəbistanında Türkiyə bazasının yaradılması da nəzərdən keçirilən variantlar arasındadır. Qəzeti yazır ki, əgər bu baş verərsə, Türkiyə ordusu 110 ildən sonra yenidən Məkkəni müdafiə edə biləcək.

Türkiyə və Pakistan kontingentlərinin ölçüsünün, bölmələrinin tərkibinin və yerləşdirilmə yerlərinin yaxın günlərdə müəyyənləşdirilməsi gözlənilir. Qeyd edilir ki, planın tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi də dəyərləndirilir.

Qeyd edilir ki, Türkiyə artıq Səudiyyəyə 200-dən çox hərbi mütəxəssis göndərib, həmçinin elektron müharibə sistemləri, yerüstü və zenit-raket sistemləri təchiz edib. Ankara Yəməndə hücum əməliyyatları keçirməyi planlaşdırmasa da, ordusuna taktiki, strateji və lojistik dəstək verə bilər.

Pakistan ötən həftə Səudiyyə Ərəbistanına dörd təyyarə ilə silah göndərib. Ölkədə 8 min Pakistan əsgərinin yerləşdirildiyi açıqlanıb.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑