Dünya · Bakı Xəbər

Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi... xəbəri üçün şəkil



“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan məhkəmə qarşısına çıxarılıb və o, 1 aylıq müddətinə həbs edilib.

Qeyd edək ki, dünən səhər tezdən Ermənistan İstintaq Komitəsinin müstəntiqləri Samvel Karapetyanın və parlamentdəki “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın mənzillərində axtarış aparıblar. Rəsmi məlumatına görə, iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarış keçirilib.

İstintaq Komitəsi daha sonra bəyanat yayaraq "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə 64,5 milyard dram məbləğində ziyan dəydiyini qeyd edib. Samvel Karapetyan və daha 35 nəfərə qarşı açıq cinayət işi başlanıb və onlar saxlanılıb.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑