Sosial · Bakı Xəbər

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı xəbəri üçün şəkil



Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin müdiri Akif Quliyev çərşənbə axşamı “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda təşkil olunan paneldə bildirib.

Şöbə müdirinin sözlərinə görə, tədqiqat işləri zamanı, kütləvi məzarlıqlarla yanaşı tək halda da insan qalıqlarına rast gəlinir.

O qeyd edib ki, burada çətin məqamlardan biri odur ki, burada müxtəlif relyeflərdə tədqiqat işləri aparılır.

“Yəni ki, bilirsiniz ki, Qarabağ ərazisi, ələlxüsus da Kəlbəcər, Laçın zonası çox sərt dağlarla əhatə olunub. Lakin bu müharibə həmin o ərazilərdə də getmişdi. Və bu gün biz, demək olar ki, hissə-hissə insan qalıqlarını bu dağlardan, sıldırım qayalıqlarından yığmağa məcburuq”, - deyə Akif Quliyev bildirib.

Şöbə müdiri bildirib ki, 4 mindən artıq insan itkin sayılır.

"Azərbaycanda bu ixtisas sahəsi olmadığına görə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi bu işdə böyük yardım göstərib. Belə ki, mütəxəssislərin hazırlanmasında Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən treninqlər təşkil olunub. Avropanın bu ixtisas üzrə sözünü demiş alimləri dəvət olunmuş və onlar bizim mütəxəssislərə təlimlər keçiblər”,- deyə o əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑