Sosial · Baku.ws

Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir? xəbəri üçün şəkil

Bakı və Abşeronun iri rayon və qəsəbələrinin bir hissəsinə günlərdir ki su gəlmir.

Bu barədə şikayətlər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, artıq 3 gündür ki, su verilmir.

Məsələ ilə əlaqədar oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayaraq bildirmişdi ki, magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq, lakin bu cəmi 1 gün çəkəcək.

Açıqlamada oktyabrın 7-də gün ərzində suyun ünvanlara mərhələli formada veriləcəyi qeyd edilmişdi.

Bəs görəsən niyə hələ də bəz ünvanlara su gedib çatmayıb?

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri ərazinin relyef xüsusiyyətləri ilə əlaqədar olaraq planlaşdırılandan bir neçə saat artıq vaxt aparıb. Təmir işləri dünəndən yekunlaşıb və xəttə su verilib.

"Magistral su xətt böyük əraziləri əhatə etdiyinə görə suyun bütün ünvanlara çatması və hidrovlik sistemlərin bərpası zaman tələb edir. Hazırda əksər ərazilər su ilə təmin olunub. Digər ünvanların da su ilə təminatı yaxın zamanda tam olaraq bərpa ediləcək".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑