Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda yaranan növbə və ləngimələrin səbəbi açıqlanıb.
Bu barədə "Yeni Sabah"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, yayılan məlumatlarda qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır. Dominos pizza
Elektron sistemdə baş verən nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb.
Qeyd olunub ki, sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam etdirilməsi və vəziyyətin normallaşması gözlənilir.
İnstitut yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyib və anlayış göstərmələrini xahiş edib.
Aytac Əliyeva



