ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Zelenskini dekabr ayında Mayamidə keçiriləcək G20 sammitinə dəvət edə biləcəyini bildirib.
Florida ştatındakı iqamətgahında jurnalistlərə verdiyi açıqlamada Tramp Zelenskini dəvət etməkdə heç bir problem görmədiyini bildirib və əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin çox da uzaq olmayan gələcəkdə bitəcəyinə inanır.
Rusiya prezidenti Vladimir Putin də 14-15 dekabr tarixlərində keçirilməsi planlaşdırılan sammitə dəvət olunub. Zelenski əvvəllər iştirak etməyə hazır olduğunu bildirsə də, Putinin iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Tahir TAĞIYEV




