Siyasət · Bakı Xəbər

Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum  ermənilər fərqli məsələlərdi... xəbəri üçün şəkil



Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Sünik bölgəsinin Şaki kəndində saxlanılan azərbaycanlı hərbçi Ermənistanda həbs cəzasına məhkum edilə və respublikada qala bilər.
Baş nazir həmçinin qeyd edib ki, azərbaycanlı hərbçiyə qarşı Azərbaycanda da cinayət işi başlanılıb. Eyni zamanda, hökumət başçısı azərbaycanlı əsgər məsələsini Bakıda saxlanılan ermənilərin qaytarılması ilə əlaqələndirmədiyini bildirib. "Bunlar fərqli mövzulardır, çünki əvvəllər də əsgərlərin bir tərəfdən digərinə keçdiyi hallar olub. Bizim əsgərlərin keçməsi və qaytarılması proseslərini digər bütün hallardan ayırmaq barədə razılığımız var", - deyən Paşinyan bildirib ki, sərhədi keçən hərbçinin qaytarılması məhbusların qaytarılması ilə əlaqələndirilsəydi, belə bir yanaşma gələcəkdə Ermənistan tərəfi üçün problemlər yarada bilərdi. "Təsəvvür edin ki, biz onlara indi deyirik: “Bu əsgəri təhvil verməyimiz üçün bizə məhbuslardan birini verin”. Sabah bizim tərəfdən bir əsgər qarşı tərəfə keçə bilər – bəs onda kimi təhvil verəcəyik?" – deyə Baş nazir bildirib.

SAMİRƏ

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑