“Rusiya, Avropa Birliyi nümayəndəsinin sülh yolu ilə həllinə həqiqətən sadiq qaldığı təqdirdə, onun təyin olunmasını alqışlayacaq”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a verdiyi şərhdə Finlandiya prezidenti Aleksandr Stubbın bu vəzifəyə namizədliyinin irəli sürülməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
"Əgər danışıqlar aparan varsa, bu yaxşıdır. Əgər bu, həqiqətən də sülh yolu ilə həlli asanlaşdırmağa çalışan danışıqlar aparandırsa, bu, daha da yaxşı olar" – deyə Peskov qeyd edib.
Bundan əvvəl Avropa Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndə təyin etmək ideyasını müzakirə etmişdi. Mümkün namizədlər kimi müxtəlif Avropa siyasətçilərinin adları açıqlanırdı.
Tahir TAĞIYEV





