Siyasət · Bakı Xəbər

İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir... xəbəri üçün şəkil



Elşən Manafov: “Azərbaycanın siyasi rəhbərliyi zamanı gələndə məlum geosiyasi güc mərkəzləri arasında region ətrafındakı...”

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, bütün münaqişələr bir-birindən fərqli olsa da, hamısının kökündə eyni amillər dayanır:

“Bəli, doğrudur, bütün münaqişələr bir-birindən fərqlənir. Lakin onların hamısının kökündə eyni amillər dayanır. Bunlar ambisiyalar, təcavüz və üstünlük hissidir. Bu, həm də hücum etdiyin insanlara qarşı törətdiyin əməllərə görə cəzalandırılmayacağına əminlik hissidir. Təəssüf ki, bəzən bu vəziyyət sonsuza qədər davam edir. Bizim vəziyyətimizdə bu, 30 il sürdü, lakin biz buna son qoyduq. Hər şeyi beynəlxalq hüquqa uyğun şəkildə etdik”.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov hesab edir ki, dövlətlərarası münaqişələrin kökündə bir qayda olaraq ərazi iddiaları, xammal mənbələrinə yiyələnmək, satış bazarları uğrunda mübarizə, qloballaşma dövründə isə həm də qlobalizmin milli və suveren dövlətləri təhdid etdiyi amillər və çağırışlar durur: “Müasir dünyada beynəlxalq hüquqa sayğısızlıq edib dövlətlərin suverenliyinə təcavüz edən siyasi elitaların cəzasız qalmaları isə bir qayda olaraq geosiyasi maraqları naminə beynəlxalq hüququ iflic edir. Bu, beynəlxalq güclərin -qlobalist dairələrin fəaliyyəti, onların dünya düzənində yaşanan hadisələrə təsir imkanları ilə bağlıdır. Təcavüzə qərar verən siyasi elitalar əksər hallarda bu təcavüz və onun doğura biləcək geosiyasi reallıqlar ilə bağlı məsələlərdə qlobalist dairələr - beynəlxalq güclərlə məxfi razılığa gəlir. Onların himayəsi, dəstəyi şəraitində təcavüzə keçir, siyasi avantirizmə yol verirlər. Dünyada sülhə, təhlükəsizliyə məsul olan beynəlxalq təşkilatlara isə beynəlxalq güclərin ciddi təsir və nəzarət imkanları olduqlarından onlar da, təcavüzkar dövlətlərin siyasi elitalarına münasibətdə əksər hallarda beynəlxalq hüququn nəzərdə tutduğu mövqeni sərgiləyə bilmirlər.

Azərbaycanın siyasi rəhbərliyi zamanı gələndə məlum geosiyasi güc mərkəzləri arasında region ətrafındakı qarşıdurmadan siyasi məharət və bacarıqla istifadə etməyi bacardı. Digər tərəfdən dövlət idarəediciliyinin təkmilləşdirilməsi, ordu quruculuğu, xarici siyasətin prioritet istiqamətlərinin düzgün müəyyən edilməsi bizə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri həyata keçirməyə imkan verdi. Beynəlxalq birliyə ünvanlanmış ismarıclarımızda da, biz məhz BMT qətnamələrinin həyata keçirilməsinin zəruriliyi, habelə beynəlxalq hüququn aliliyinin təmin edilməsi ilə bağlı mövqelərdən çıxış etdiyimizi bəyan etdik. Aparılan informasiya müharibəsi də məhz bu həqiqətlərin beynəlxalq birliyə çatdırılmasına hədəfləndiyindən biz qarşı tərəfə dəstək verə biləcək dairələrin konsolidasiyasına yol verməməklə təhlükəsizliyimizi təhdid edə biləcək amillərdən uğurla yayındıq”.

Vidadi ORRDAHALLI

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑