Dünya · Bakı Xəbər

“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi… xəbəri üçün şəkil



Dubaydan Təl-Əvivə uçarkən təcili eniş edən "Flydubai" reysinin ikinci pilotu ələ keçirdiyi təyyarəni Ben Qurion Hava Limanının sərnişin terminalına çırpmağı planlaşdırıb.
Bu barədə cümə günü, oktyabrın 9-da BƏƏ-nin Baş prokuroru Həməd Seyf əl-Şamsi istintaqın nəticələrinə istinadən məlumat verib. Baş prokurorun sözlərinə görə, 29 yaşlı Oman vətəndaşı ABŞ-da 2001-ci il 11 sentyabr hücumları nümunəsində intihar hücumu həyata keçirməyi planlaşdırıb. AFP-nin məlumatına görə, saxlanılan pilot müstəntiqlərə bildirib ki, hücumu təkbaşına planlaşdırıb və mümkün qədər çox insanı öldürməyi hədəfləyib. Hücuma hazırlıq məqsədilə o, marşrut və hava limanı ilə tanış olmaq üçün iki dəfə Təl-Əvivə uçub. "Flydubai" şirkətinə işə qəbul olunmazdan əvvəl onun pilot lisenziyası və məhkumluğunun olmaması barədə arayış təqdim edərək bütün zəruri təhlükəsizlik yoxlamalarından keçdiyini bildirən BƏƏ-nin Baş prokuroru bildirib: "Heç bir prosedur zamanı ekstremist baxışlar və ya terror aktı törətmək niyyəti ilə bağlı əlamətlər aşkar edilməyib".
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" sərnişin təyyarəsi, hava gəmisinin ələ keçirilməsi cəhdi ilə bağlı xəbərdarlıqdan sonra Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təcili eniş edib. "Boeing 737 MAX 8" tipli təyyarədə 27-si uşaq olmaqla ümumilikdə 174 nəfər var idi; sərnişinlərin əksəriyyəti İsrail vətəndaşları idi. Bəzi sərnişinlərin sözlərinə görə, əvvəlcə kabinədən qışqırıq səsləri eşidilib, daha sonra kabinənin qapısı açılıb və onlar pilotlardan birinin yaralandığını, paltarının qana bulaşdığını görüblər. Ona ilkin tibbi yardım göstərilib – sərnişinlərdən biri həkim olub. Ekipaj üzvləri və sərnişinlər hücumçunu zərərsizləşdirməyə nail olublar.

SAMİRƏ

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑