Ukraynaya qarşı müharibənin şiddətlənməsi fonunda Rusiyanın federal büdcə xərcləri ilin ilk doqquz ayında 14,5% artıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Rusiya Maliyyə Nazirliyinin hesabatına istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu dövrdə xərclər 34,8 trilyon rubla (409 milyard dollar) yüksəlib. Büdcə kəsiri 5,19 trilyon rubl və ya ümumi daxili məhsulun 2,2%-ni təşkil edib.
"Bu rəqəmlər artıq beşinci ildir davam edən Ukraynadakı müharibənin artan xərclərini, eləcə də işğal xərclərinin azalan gəlirlərlə birlikdə dövlət maliyyəsinə necə ağırlıq gətirdiyini əks etdirir. Təkcə müharibə ilə bağlı xərclərin bu il 17 trilyon rubla çatacağı gözlənilir ki, bu da hökumətin 2025-ci ilin sonlarında elan etdiyi ilkin plandan təxminən 40% çoxdur", - deyə hesabatda qeyd olunur.




