ABŞ-ın İslam Respublikasına qarşı yeni hücumlara cəhd edə biləcəyini bildirən İranın xarici işlər naziri Abbas Əraqçi, Vaşinqtona qaçılmaz cavab tədbirləri barədə xəbərdarlıq edib.
Əraqçi sosial mediada yazıb: "Sonuncu dəfə “işi bitirmək” istəyəndə İran daha da gücləndi. Yenidən şansınızı sınamaq istəyirsiniz? Buyurun. Amma diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var".
İranın xarici işlər naziri həmçinin bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu mühakimə olunmaqdan yayınmaq üçün ABŞ-ı yeni hücumlar etməyə sövq edir.
“Netanyahu İsrail üçün nəticələri nə olursa olsun, ABŞ prezidenti üçün nəticələri nə olursa olsun, həbsxanaya düşməmək üçün Amerikanı başqa bir müharibəyə sürükləyir” – deyə o qeyd edib.
Əraqçinin açıqlaması Trampın, Tehran kursunu dəyişməsə, ABŞ-ın İranla "tezliklə işini bitirə biləcəyi" barədə xəbərdarlıq etməsindən sonra gəlib.
Tahir TAĞIYEV



.jpg)
