Dünya · Azxeber.com

Varşavada məktəbdə bıçaqlanma olub, üç nəfər xəsarət alıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Varşavada məktəbdə bıçaqlanma olub, üç nəfər xəsarət alıb xəbəri üçün şəkil
Varşavada özəl məktəbə hücum nəticəsində azı üç nəfər bıçaq yarası alıb.
Bu barədə "TVP Info" telekanalına Varşava polisinin mətbuat katibi Yatsek Vişnevski bildirib.
Məlumata görə, 21 yaşlı tələbə 17 yaşlı qıza bıçaqla hücum edib. 17 və 24 yaşlı daha iki qız da yaralanıb. Onların həyatı üçün təhlükə yoxdur.
Şübhəli şəxs saxlanılıb. Hücumun motivləri aydınlaşdırılır.
Bu, bir həftə ərzində Polşanın təhsil müəssisələrində artıq üçüncü bıçaqlı hücum hadisəsidir.
Oktyabrın 7-də Ostrolenka şəhərində texnikuma hücum nəticəsində doqquz nəfər, o cümlədən tələbələr, müəllimlər və yoldan ötən iki nəfər xəsarət alıb. Şübhəlinin təhsil müəssisəsinin 19 yaşlı tələbəsi olduğu məlum olub. O özünə xəsarət yetirib və xəstəxanadadır.
Növbəti gün - oktyabrın 8-də Leşçidul-Novinı yaşayış məntəqəsində ibtidai məktəbin 15 yaşlı keçmiş şagirdi təmizlikçi qadına hücum edib. O, xəstəxanada keçinib. Həmçinin hücum edən şəxsi dayandırmağa çalışan müəllim və məktəb direktoru da xəsarət alıblar.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑