Ölkə.az xəbər verir ki, Ukrayna Prezidenti bu barədə "X" sosial şəbəkəsində məlumat verib.
Zelenskinin sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə üçün əlavə yardım paketlərinə ehtiyacı var. Kiyev müvafiq qərarlar qəbul etmək üçün tərəfdaşlarla işləməyə davam edir. Ukrayna prezidenti həmçinin xəbərdarlıq edib ki, yaxın günlərdə Rusiyadan yeni raket zərbələri təhlükəsi qalmaqdadır.
Zelenski Moskvaya təzyiqin artırılmasının və qətiyyətli birgə addımlar atılmasının vacibliyini vurğulayıb.
Söhbətin digər mövzusu Rusiya neft məhsullarına qarşı sanksiyaların yumşaldılması olub. Ukrayna prezidentinin sözlərinə görə, Rusiyanın ixracdan əlavə gəlirlər hesabına müharibəni davam etdirmək ehtimalını saxlamamasını təmin etmək lazımdır: "Biz məqsədyönlü şəkildə hərəkətləri əlaqələndiririk və görüşlər hazırlayırıq".
O, Fransaya Ukraynaya verdiyi dəstəyə görə bir daha təşəkkür edib.


