Dünya · Baku.ws

WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib xəbəri üçün şəkil

ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir.

Qeyd olunub ki, "Fort-İrvin" bazasındakı 10 günlük təlimlər iyul ayında keçirilib. Bu zaman səhrada havanın temperaturu +43°C-yə yaxınlaşıb, bu səbəbdən serverlər həddindən artıq qızıb, PUA-ların akkumulyatorları isə boşalıb və onları yenidən enerji ilə doldurmaq mümkün olmayıb.

Nəşrin məlumatına görə, isti hava səbəbindən "Anduril" PUA-larından birini yerə endirməli olublar, "Theiss UAV Solutions" dronunun buraxılışı isə təxminən 10 dəqiqə çəkib.

Həmçinin dronlar güclü külək həmlələrinə qarşı davamsız olub, dağ silsilələrinin arxasında uçuşlar zamanı isə operatorlarla əlaqə itirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑