Dünya · Anews.az

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Ukraynada yeni prezident seçilməsinin vaxtının çatdığını bildirib.

O, bu barədə Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında deyib.

Trampın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini dəfələrlə həll edə bilərdi, lakin bunu etməyib.

"Düşünürəm ki, Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb. Mən razılaşma əldə edə biləcək yeni lider tapmağı təklif edirəm. Çünki o, (Zelenski - red) çoxsaylı razılaşmalar əldə edə bilərdi, lakin nədənsə bunu heç vaxt etməyib", – Tramp bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑