Dünya · Modern.az

Heqsetin bu təklifi Pentaqonu şoka saldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Heqsetin bu təklifi Pentaqonu şoka saldı
Heqsetin bu təklifi Pentaqonu şoka saldı

ABŞ-ın müdafiə naziri Pit Heqsetin Fort-Hud hərbi bazasında 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edamını canlı yayımlamaq ideyası Pentaqon rəsmilərini təəccübləndirib.

Modern.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, Pentaqon və ABŞ Quru Qoşunlarının bir çox əməkdaşı bu təklifdən ilk dəfə Heqsetin müsahibəsi zamanı xəbər tutub. Bundan sonra nazirin “ictimai edam” dedikdə məhz canlı yayımı nəzərdə tutduğu qənaətinə gəlinib.

ABŞ prezidenti Donald Tramp əvvəlcə yayım barədə qərarı şəxsən verəcəyini bildirsə də, sonradan qərarın onun iştirakı olmadan qəbul edildiyini deyib. Bununla belə, o, ölüm hökmünü dəstəkləyib.

Qeyd edək ki, Nidal Həsən 2009-cu il noyabrın 5-də Texasdakı Fort-Hud hərbi bazasında atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, 2013-cü ildə ölüm cəzasına məhkum edilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑