Dünya · Azxeber.com

Ukrayna hərbi xərclər üçün əlavə 1,33 milyard dollar ayırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna hərbi xərclər üçün əlavə 1,33 milyard dollar ayırıb xəbəri üçün şəkil
Ukrayna hökuməti hərbi ehtiyacların maliyyələşdirilməsi üçün əlavə 60 milyard qrivna (1,33 milyard dollardan çox) vəsait ayırıb.
Bu barədə Ukraynanın Baş naziri Sergey Koretski özünün Teleqram kanalında məlumat yayıb.
Baş nazirin sözlərinə görə, ayrılan vəsaitin 43,5 milyard qrivnası (965 milyon dollardan çox) hərbi qulluqçulara ödənişlərin həyata keçirilməsinə və onların ailələrinin dəstəklənməsinə yönəldiləcək.
Qalan 16,6 milyard qrivna (368 milyon dollardan çox) isə döyüş sursatlarının, pilotsuz uçuş aparatlarının, radioelektron mübarizə və rabitə vasitələrinin alınmasına, həmçinin hərbi texnikanın təmiri və modernləşdirilməsinə sərf olunacaq.
Məlumata görə, Ukrayna 2027-ci ildə hərbi xərclərin maliyyələşdirilməsi üçün əlavə 67 milyard dollara ehtiyac duyur.
Ukrayna Maliyyə Nazirliyinin məlumatlarına əsasən, Müdafiə Nazirliyi 2027-ci il üçün təxminən 175 milyard dollar vəsait tələb edib. Lakin dövlət büdcəsinin layihəsində hərbi xərclərə 108,3 milyard dollar ayrılması nəzərdə tutulub.
Qeyd olunur ki, bu məbləğ belə Ukraynanın öz gəlirlərini üçdəbirdən çox üstələyir.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑