Dünya · Azxeber.com

Fransada polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdi xəbəri üçün şəkil
Parisdə polislə etirazçı məktəblilər və həmkarlar ittifaqının nümayəndələri arasında toqquşma baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
İlk toqquşmalar tələbə təşkilatları və həmkarlar ittifaqları nümayəndələrinin Port-Royal metro stansiyası yaxınlığındakı aksiyası zamanı olub.
Etirazçı qruplardan biri Port-Royal metro stansiyasına yaxınlaşarkən avtomobili yandırmağa cəhd edib.
Orta məktəb şagirdlərinin etirazları sentyabrın sonlarında Parisin İl-de-Frans bölgəsində başlayıb və hazırda bütün Fransaya yayılıb. İştirakçılar dərs cədvəlinin ağırlığına, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Etirazlar başlayandan bəri jandarmlar və polis təxminən 7000 nəfəri həbs edib ki, bunların da böyük əksəriyyəti yetkinlik yaşına çatmayanlar olub.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑