Dünya · Azxeber.com

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır xəbəri üçün şəkil
Bəzi beynəlxalq media orqanlarında və sosial şəbəkə hesablarında yayılan "Türkiyə Silahlı Qüvvələri Suriyanın Rəsulayn bölgəsində yerləşən bəzi kəndlərin sakinlərinin evlərinə qayıtmasına mane olur" iddiası həqiqəti əks etdirmir.
Bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) "X" sosial şəbəkə hesabında yayılan açıqlamada qeyd olunub.
Bildirilib ki, sözügedən ərazilərə qayıtmaq istəyən ailələrin vəziyyəti SDQ-nin (Suriya Demokratik Qüvvələri) inteqrasiya prosesi çərçivəsində Suriyanın müvafiq qurumları ilə koordinasiyalı şəkildə izlənilir.
Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən həmin ailələrin geri qayıtmasının qarşısını almağa yönəlmiş hər hansı hal mövcud deyil.
"Prosesi təhrif edərək Türkiyəni hədəfə almağa çalışan məqsədli və əsassız məlumatlara etibar edilməməsi, məsələ ilə bağlı informasiyanın yalnız rəsmi qurumların açıqlamaları əsasında izlənilməsi xahiş olunur", - açıqlamada qeyd olunub.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑