Dünya · Ölkə.az

Bu ölkədə LGBT təbliğatı ilə bağlı qadağa ləğv edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkədə LGBT təbliğatı ilə bağlı qadağa ləğv edildi xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, yetkinlik yaşına çatmayanlara homoseksuallıq və cinsiyyətin dəyişdirilməsi ilə bağlı materialların nümayişini qadağan edən qanun Macarıstanda 2021-ci ilin iyun ayının ortalarında qəbul edilmişdi. Həmin qanun Avropa İttifaqının kəskin tənqidinə səbəb olmuş, Avropa Komissiyası LGBT icmasının hüquqlarının pozulması iddiası ilə Macarıstanı məhkəməyə verməklə hədələmişdi.

"Fides", Xristian-Demokrat Xalq Partiyası və müxalifətdəki "Bizim Vətən" partiyasının nümayəndələri yeni qanunu dəstəkləməyiblər. Baş nazir Peter Madyar müxalifəti bu mövqeyinə görə tənqid edib.

Müxalifət qanunun əleyhinə səs verməsini belə əsaslandırıb: onların fikrincə, uşaqların müdafiəsi adı altında hakim partiya Brüsselin təsiri ilə məktəblərdə homoseksuallığın və cinsiyyətin dəyişdirilməsinin təbliğinə yönələn dərslərin keçirilməsinə yenidən şərait yaradır.

Hakim "Tisa" partiyası isə bildirir ki, qanun, ilk növbədə, uşaq pornoqrafiyasının yayılmasına görə cəzaların sərtləşdirilməsinə, uşaqların seksual məzmunlu materiallardan qorunmasına, media və reklamlarla bağlı yaş məhdudiyyətlərinin sərtləşdirilməsinə, eləcə də tibbi zərurət olmadan xəstəxanalarda qalan uşaqlarla bağlı qərarların qəbulu qaydalarının tənzimlənməsinə yönəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑