Suriyanın İdlib vilayətinin şərqində yerləşən Sarakib şəhərinin yaxınlığında, silah və sursatların saxlanıldığı anbarda güclü partlayış baş verib.
Bu barədə "Shafaq News” agentliyi məlumat yayıb.
Hadisə yerində saxlanılan sursatların partlaması nəticəsində bir neçə ardıcıl partlayış baş verdiyi bildirilir.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Partlayışın səbəbi və anbarda saxlanılan sursatların mənşəyi də məlum deyil. ///apa.az///





