Dünya · Azxeber.com

Səudiyyə Ərəbistanında hava limanına hücum olub: ölən və xəsarət alanlar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səudiyyə Ərəbistanında hava limanına hücum olub: ölən və xəsarət alanlar var xəbəri üçün şəkil
Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına oktyabrın 21-də axşam hücum edilib. Bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat verib.
Məlumata görə, yaralılar müxtəlif dərəcəli xəsarətlər alıblar. Hücumun təfərrüatları açıqlanmır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmənin hökumət qüvvələrinə husilərə qarşı mübarizədə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir. Koalisiya hərəkatın mövqelərinə hava zərbələri endirir, husilər isə krallıqdakı infrastruktura hücuma keçir.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑