Rusiyanın 10 oktyabrda Zaporojyeyə hücumu nəticəsində 20 mülki şəxs həlak olub.
Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb .
Xilasedicilərin açıqlamasında deyilir: "Rusiya hava hücumunda ölənlərin sayı 20-yə çatıb, onlardan 3-ü uşaqdır".
Xatırladaq ki, 10 oktyabr səhəri Rusiya qoşunları Zaporojyeyədə beşmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.
Zərbə nəticəsində çoxmərtəbəli binanın girişinin bir hissəsi dağılıb. Yaxınlığındakı yaşayış binalarına da ziyan dəyib. ///teleqraf///




