Dünya · Azxeber.com

Rusiyanın Zaporojye vilayətinə zərbəsi olub: ölənlər var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın Zaporojye vilayətinə zərbəsi olub: ölənlər var xəbəri üçün şəkil
Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə zərbə endirib, nəticədə 18 nəfər ölüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin "Telegram" kanalında dərc olunmuş məlumatında bildirilib.
"Bu səhər qəsəbəyə artıq bir neçə aviasiya bombası ilə zərbə endirilib. Zərbələrdən biri insanlara humanitar yardımın paylandığı məktəbə düşüb. İlk zərbədən sonra daha doqquz bomba ilə təkrar hücum edilib və məhz insanların olduğu sığınacağa. Hazırda, təəssüf ki, 18 nəfərin həlak olduğu, beş nəfərin yaralandığı məlumdur", - Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə zərbəni şərh edib.
Onun sözlərinə görə, bombardman yerlərində axtarış-xilasetmə əməliyyatı davam edir. İşlərə hərbçilər, xilasedicilər, xüsusi xidmət qüvvələri cəlb olunub.
Ukrayna lideri vurğulayıb ki, bu cür addımlar Moskvanın münaqişənin deeskalasiyası yolu ilə getmək istəmədiyindən xəbər verir.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑